Qayğıya ehtiyacı olan uşaqlar üçün YENİ LAYİHƏ - FOTO

Qayğıya ehtiyacı olan uşaqlar üçün YENİ LAYİHƏ - FOTO
21:48 5 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına səyyari reabilitasiya xidmətlərinin təşkili və Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasının gücləndirilməsi” layihəsinin may ayından icrasına başlayıb.

Publika.az xəbər verir ki, bununla əlaqədar layihənin icrasına cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin iştirakı ilə həm Gəncə şəhərində, həm də Kəlbəcər rayonundan olan məcburi köçkün valideynlərlə görüş keçirilib, onlara layihə barədə ətraflı məlumat verilib, onların uşaqlarının durumu ilə bağlı mütəxəssislər tərəfindən ilkin qiymətləndirmə aparılıb və hər bir uşaq üçün fərdi inkişaf planı tərtib edilib.

Layihənin əsas məqsədi - Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına yeni səyyari qaydada Reabilitasiya xidmətlərinin göstərilməsi və Gəncə şəhəri Xüsusi qayğıya ehtiyacı olan uşaqların Reabilitasya Mərkəzinin davamlılığının təmin edilməsinə dəstək verməkdir.

Layihə dövründə 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunacaqdır.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda aşağıda göstərilən müsbət dəyişikliklərin olması gözlənilir. Onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına yeni səyyari qaydada Reabilitasiya xidmətlərinin göstərilməsi və Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliyyət göstərməsində mühüm əhəmiyyət kəsb edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR