ZOLAQLI PƏHRİZ. Rahat arıqlama

ZOLAQLI PƏHRİZ. Rahat arıqlama
22:37 5 May 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zolaqlı" pəhriz hal hazırda ən dəbdə olan pəhrizlərdəndir. Pəhrizin əsas üstünlüyü ondan ibarətdir ki, insan bir gün pəhriz tutur, növbəti gün adi qaydada qldalanır, sonra yenə bir gün pəhriz, bir gün adi qidalanma və s.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pəhrizlə adi qidalanmanın növbələşməsinə görə insan əziyyət çəkmir, onun əhvalı pozulmur, halsızlıq, yorğunluq kimi simptomlar inkişaf etmir. Digər pəhrizlərlə müqayisədə "zolaqlı" pəhrizi uzun müddət ərzində saxlamaq olar.

Zolaqlı pəhrizin variantı:

Məsələn, bir gün adi qaydada qidalanırsınız. Növbəti gün ərzində yalnız 1,5 kq bişmiş kartof yeyirsiniz və 1,5 l su içirsiniz. Daha sonra yenə adi qidalanma, növbəti gün 400 qr bişmiş toyuq əti və 1,5 l su və ya 1,5 kq alma və 1,5 l su.
Pəhriz günləri üçün variantlar:
1. Tərəvəz salatları
2. Sıyıqlar (yağsız, şəkərsiz)
3. 400 qr bişmiş ət. (Çiy ətin şəkisi nəzərdə tutulur.) və s.
Gün ərzində 1,5-2 l su içmək lazımdır.
Nəzərə almaq lazımdır ki, adi günlərdə də həddindən artıq yemək, kalorili qidalara üstünlük vermək tövsiyə olunmur. Şam yeməyi yüngül olamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/541907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR