Dəri xərçənginə səbəb olan günəş şüalarından qorunmağın yolları

Dəri xərçənginə səbəb olan günəş şüalarından qorunmağın yolları
23:12 5 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Günəş şüaları dəri quruluğu, yanıq, xərçəng, allergiya, dərinin piqment dəyişikliyi, erkən və ya foto yaşlanmaya səbəb olur.

Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov Milli.Az-a bildirib.

Həkim bildirib ki, günəş şüaları antibakterial təsir və D vitamini sintezini təmin etməklə yanaşı, həm də ultrabənövşəyi şüaların əmələ gətirdiyi zərərli təsirləri ilə də özünü göstərir. Gözlə görünməyən ultrabənövşəyi A (UVA) şüalar dərinin dərin təbəqələrinə, ultrabənövşəyi B (UVB) şüaları isə dərinin üst təbəqəsinə təsir edir. Yayda Günəşdən qorunmaq mütləqdir. İlk olaraq günəş şüalarının yer səthinə düz bucaq altında düşdüyü təhlükəli saatlar, yəni saat 11-dən 16-dək günəşə çıxmamaq məsləhət görülür. Açıq havaya çıxmazdan 30 dəqiqə əvvəl günqoruyucu kremlərdən istifadə etmək, hər iki saatdan bir yenilənmək mütləqdir.

Günəş şüalarına qarşı krem seçərkən suya və tərləməyə dayanıqlığı olmasını da nəzərə almaq lazımdır. Bu vasitələrin fəaliyyətini ölçən SPF göstəricisi dərinin ultrabənövşəyi şüalardan nə qədər qoruduğunun göstəricisidir. Günəşdən qoruyucu kremləri seçərkən, onların dərinizi ultrabənövşəyi A və B şüalarından qoruduğuna əmin olmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/541964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR