Qızılın qızıl yeri, dəmirin dəmir

Qızılın qızıl yeri, dəmirin dəmir
23:37 5 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Antik dövrdə bir sıra xəstəliklərin müalicəsində metalların ecazkar qüvvəsindən istifadə edilirdi. Qədim yunan filosoflarının əsərlərində bu barədə xeyli məsləhət və tövsiyələr verilib. Eramizdan 2500 il əvvəl yaşamış qədim Misir təbibləri metalların şəfaverici gücündən istifadə ediblər. Məsələn, xassəsinə görə dəmir müalicəvi metallar sırasına daxildir. Xalq həkimləri dəmiri kürədə möhkəm qızdırandan sonra soyuq suya salır və həmin sudan potensiyanı gücləndirən, xroniki ishal, sidik qaçırma və dalaq xəstəliyi zamanı müalicə vasitəsi kimi istifadə edirdilər.

Qadınların qızıl əşyaları boyunlarına taxması ruh düşkünlüyünü, ürək qüsurlarını, həzm prosesində olan çatışmazlığı aradan qaldırır, oynaq ağrılarını azaldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazik qurğuşun təbəqəsinin yaranın üstünə qoyularaq sarınması, Bazedov xəstəliyində və qalxanabənzər vəz problemlərində ağrılı nahiyələrə qurğuşun təbəqə qoyulması olduqca faydalı təsir göstərir.

Epilepsiyanın müalicəsində nazik polad lövhələr düzəldərək ayaqqabının içliyinə bərkidir və yay aylarında ayaqqabının corabsız geyinilməsi ayağın metal lövhə ilə təması nəticəsində sağalmağa səbəb olur. Maqnitləşmiş dəmiri yaraların üzərinə qoyub bağlamaqla onu sağaltmaq mümkündür. Xalq təbibləri söyləyirlər ki, üzərində maqnit daşı gəzdirəni ildırım vurmaz. O, bel və əzələ ağrıları zamanı güclü təsirə malikdir, yatanda onu mədənin üstünə bağlamaq ağrını kəsir.

Gümüş həzm prosesinin yaxşılaşmasına kömək edir, ona görə də qədim məişətdə gümüş qab-qacaqdan istifadə etməyə üstünlük veriblər. Dəri xəstəlikləri və gec sağalan yaraların müalicəsində də onu yaranın üstünə bağlamaq müsbət nəticələr verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/541982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR