"Bunun qarşısını almaq olmur"

"Bunun qarşısını almaq olmur"
23:47 5 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Pediatriyanın aktual problemlərindən biri uşaqların qidalanması ilə bağlıdır.

Milli.Az Ailem.az-a istinadən bildirir ki, bunu respublikanın baş pediatrı Nəsib Quliyev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) jurnalistlər üçün "Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair" UNİCEF və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  keçirilən seminarda çıxışı zamanı deyib.  
 
N. Quliyev bildirib ki, 1980-ci ildə 20 % uşaq ana südü ilə qidalanırdı: "O vaxt iş adamları da bundan istifadə edib sənaye yolu ilə süni qida istehsal etməyə başlayıblar. İş adamları bu süni qidaların təbliğatını elə geniş aparıb ki, bunun qarşısını almaq olmur. Süni qida ilə qidalanan uşaqlarda xəstələnmə və ölüm halları 4 dəfə daha çox rast gəlinir. Bundan başqa, süni qida qəbul edən uşaqlarda ishal və diareya xəstəlikləri 17,3 dəfə daha çox yaşanır".
 
Baş pediatr deyib ki, ana südü qədər körpənin ehtiyaclarını təmin edən ikinci bir qida yoxdur: "Canlılar arasında insandan başqa canlı yoxdur ki, övladına başqa qida versin. 96 % halda uşağına 2 yaşına qədər süd verən ana hamilə qalmır.

Elm göstərir ki, ana orqanizmi hamiləliyə hazırlıq keçməlidir. Bu da 2 ildir. Hazırda 1 yaşa qədər uşaqlar arasında ana südü ilə qidalanma 48-52%-ə çatıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/542054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR