Lavrov Tillersonla telefonla danışdı

Lavrov Tillersonla telefonla danışdı
00:43 6 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

"Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, məlumatda deyilir.

Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR