"ABŞ liderliyini itirir" -

Avropa İttifaqının (Aİ) diplomatik rəhbəri Federika Moqerini maraqlı açıqlamalarla yadda qalıb.

Metbuat.az-ın məlumatına görə, Moqerini ABŞ-ın Avropadan fərqli olaraq, bir neçə sahədə liderliyi itirdiyini bildirib:

"Avropa İttifaqı dünyada qlobal problemlərin həllində etibarlı tərəfdaş mövqeyini əks etdirmək imkanına malikdir. ABŞ isə bir çox sahədə liderliyi itirməkdədir.

İnsanlar bizdən nə gözlədiklərini yaxşı bilirlər. Hazırkı vəziyyətdə bu, çox vacibdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR