Tovuzda maşın divara çırpıldı - 1 ölü, 2 yaralı

Tovuzda maşın divara çırpıldı - 1 ölü, 2 yaralı
00:59 6 May 2017
354 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.

 

Qəza zamanı bir nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR