BMT əməkdaşı qaçırıldı -

Kolumbiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşı FARC partizanları tərəfindən qaçırılıb.

Metbuat.az-ın məlumatına görə, BMT-nin işçisi Arley Lopes Kolumbiyada narkotik istehsalında istifadə olunan koko bitkisinin əvəzinə hansı qanuni bitkilərin əkilə biləcəyini araşdırırmış. Lakin onun araşdırması yarımçıq qalıb. Belə ki, Lopes çərşənbə günü Quaviar vilayətində silahlılar tərəfindən qaçırılıb.

BMT əməkdaşını əsir götürən şəxslərin sülh müzakirələrini rədd edən bir qrup FARC partizanı olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR