Qvatemalada vulkan püskürməsi təhlükəsinə görə 300 nəfər evokuasiya edilib

Qvatemalada vulkan püskürməsi təhlükəsinə görə 300 nəfər evokuasiya edilib
01:22 6 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qvatemala mülki müdafiə xidməti 300 nəfərdən çox adamı evokuasiya edib və Fueqo vulkan püskürməsi təhlükəsi üzündən narıncı təhlükə səviyyəsi elan edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda EFE agentliyi xəbər verir.

Fəlakət riskinin azaldılması üzrə Milli koordinasiya şurasının məlumatına görə, narıncı təhlükə səviyyəsi ölkənin bir sıra bələdiyyələrində elan edilib.

Məlumata görə, 10 təhsil müəssisəsində dərslər ləğv edilib.

Qeyd edək ki, paytaxtdan 45 kilometr cənub-qərbində yerləşən Fueqo ölkədə olan üç aktiv vulkandan biridir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR