Premyer Liqa:

İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

Metbuat.az-ın məlumatına görə, turun açılış matçında "Vest Hem" "Tottenhem"i qəbul edib.

İlk hissədə hesab açılmayıb. Matçın taleyini 65-ci dəqiqədə Lansininin vurduğu yeganə qol həll edib. Beləliklə, London derbisindən "Vest Hem" qalib ayrılıb.

İngiltərə Premyer Liqası

36-cı tur

"Vest Hem" - "Tottenhem" - 1:0

Qol: Lansini, 65

"Çelsi" "Midlsbro"nu məğlub edəcəyi təqdirdə, "zadəganlar"la "Tottenhem" arasındakı fərq 7-yə çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR