FHN Tovuzda yanğınla nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

FHN Tovuzda yanğınla nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
04:32 6 May 2017
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Tovuz şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
"Report"un xəbərinə görə, məlumatda bildirilir ki, Tovuz şəhərində vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilininin idarəetməni itirərək beton hasara çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Nəticədə avtomobilin mühərik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fhn-tovuzda-yanginla-neticelenen-yol-qezasi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR