Bu ölkədə 184 məktəb bağlanır

Bu ölkədə 184 məktəb bağlanır
04:44 6 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.

 

Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.

 

Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.

 

Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR