Makronun seçki qərargahına haker hücumu oldu

Makronun seçki qərargahına haker hücumu oldu
05:19 6 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Fransa prezidentliyinə namizəd Emmanuel Makronun seçki qərargahı haker hücumuna məruz qalıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum hakerlər E.Makronun seçki qərargahının materiallarını internetdə yerləşdiriblər.

 

Bundan əvvəl WikiLeaks  təşkilatı E.Makronun seçkiqabağı kampaniyasına aid təxminən 9 qiqabaytlıq faylları açıq girişdə yerləşdirib. Sənədlər aprelin 24-dək olan tarixi əhatə edir.

 

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə, ikinci tura “İrəli” hərəkatının təsisçisi E.Makron və “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR