Xırdalanda oğurluğa gələn şəxslər evi yandırıblar

Xırdalanda oğurluğa gələn şəxslər evi yandırıblar
07:07 6 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Abşeron rayonunda 4 otaqlı evin oğurluq etmək istəyən şəxslər tərəfindən yandırıldığı iddia edilir
"Report"un xəbərinə görə, gecə saatlarında Xırdalan şəhəri, "Medkolon" kimi tanınan ərazidə yerləşən birmərtəbəli 4 otaqlı fərdi yaşayış evi tamamilə yanaraq külə dönüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alovun digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.
Lakin yanan evin sahibi Vasif Qurbanov "Report"a bildirib ki, hadisə vaxtı evdə heç kim olmayıb. Zərərçəkən şəxs yanğının qəsdən törədildiyini iddia edir. O, bildirib ki, yanğın zamanı evin pəncərəsinin üstündəki dəmir barmaqlıqlar xüsusi üsulla kəsilib ki, bu da evə naməlum şəxslərin daxil olaraq oğurluq etdiyini, sonra isə iz itirmək üçün onu yandırdıqlarını göstərir. V.Qurbanov onu da deyib ki, eyni hadisə bu ilin fevral ayında da baş verib. Oğurluq edən şəxslər evdə olan qızıl və pulları götürərək onu yandırıblar. Lakin alovun qarşısı vaxtında alınıb.
Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı FHN-nin Yanğına Nəzarət Xidməti ilə yanaşı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-ogurluga-gelen-sexsler-evi-yandiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR