"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib

"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib
07:07 6 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Rusiyanın "Sputnik" agentliyinə ABŞ-ın Nümayəndələr Palatası və Senatında gedən dinləmələrdə iştirak etmək üçün daimi buraxılış vərəqəsi verilməyib.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, "Sputnik"in Vaşinqtondakı müxbiri Endryu Faynberq akkreditasiyadan keçirilməyib.
Konqresin rəsmi nümayəndəsi Castin Uilson bunu onunla əsaslandırıb ki, Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz.
Qeyd olunur ki, "Sputnik" bu qərardan şikayət edə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sputnik-agentliyi-abs-konqresinde-akkreditasiyadan-mehrum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR