Microsoft yeni noutbuku göstərdi

Microsoft yeni noutbuku göstərdi
07:47 6 May 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti "Windows" əməliyyat sisteminin "məktəb" versiyası ilə işləyən ilk noutbukunu nümayiş etdirib. 13,5 düymlük displeylə təchiz edilmiş "Surface Laptop" noutbuku 13 düymlük "MacBook Pro"dan daha sürətli işləyir və avtonom iş vaxtı 14,5 saat təşkil edir. Yeni noutbuk Nyu-Yorkda keçirilmiş konfransda təqdim olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni leptop "Surface" seriyasına məxsus cihazlar arasında planşetə çevrilməyən ilk qurğudur. Yeni cihazın klaviaturası "Surface Pro 4" noutbukunda olduğu kimi süni dəri ilə işlənib və displey "Surface Pen" stilusuna qarşı həssasdır.

"Surface Laptop" noutbuku "Intel Core i7" prosessoru, 1080p "PixelSense" (tərəflər nisbəti 3:2) displeyi, 1 TB-lıq SSD daşıyıcı, "USB-A" portu və "Dolby Premium" səs sistemi ilə təchiz edilib, çəkisi 1,25 kq-dır.

"Core i5" çipi ilə təchiz edilmiş başlanğıc səviyyəli model 999 dollara satılacaq.

Yeni noutbuk 15 iyun tarixində satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR