“Apple Watch”un satışından gəlirlər ikiqat artıb

“Apple Watch”un satışından gəlirlər ikiqat artıb
08:17 6 May 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkətinin baş direktoru Tim Kuk korporasiyasının illik gəlirləri barədə hesabat təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Tim Kuk bildirib ki, "Apple Watch" "ağıllı" saatlarından gəlirlər iki dəfə artıb.  

Bu günə qədər Kupertinodan olan şirkət bu cihazlara olan alıcılıq tələbatını gizlədirdi və onlar "Apple TV", "AirPods", "Beats" kimi aksesuar cihazlar bölməsinə daxil edilib.

Mütəxəssislər hesab edirlər ki, "Apple" bilərəkdən gəlirləri barədə məlumatları gizlədib ki, "SmartWatch"u dəstəkləməkdən imtina edən "eBay", "Amazon", "Google" kimi şirkətlərlə "hesab çürütsün". Proqnozlara görə, yaxın zamanlarda şirkətin səhmləri dəyişə bilər. Buna səbəb mobil cihazlar bazarı ilə bir araya sığmayan bir sıra kənar problemlərdir.

Gəlirlərdən danışarkən T.Kuk dəqiq rəqəmlər deməyib və ancaq müqayisəli analoqlar misal çəkib. Məsələn, o, "AirPods", "Beats headphones" və "Apple Watch" şirkətlərinin satışlarından gələn gəlirləri "Fortune 500" şirkətinin dəyəri ilə müqayisə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/541671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR