Tayvan sahil mühafizə Çin balıqçı gəmisini atəşə tutub

Tayvan sahil mühafizə Çin balıqçı gəmisini atəşə tutub
08:29 6 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tayvan sahil mühafizəsinin əməkdaşları Quandun əyalətindən olan Çin balıqçı gəmisini atəşə tutublar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə,Sina xəbər portalı iki nəfərin xəsarət aldığı haqda xəbər verib.

Hadisə Çin gəmisinin yoxlama aparılması üçün gəminin dayandırılması əmrini icra etməməsindən sonra baş verib. Nəticədə patrul silah işlətməyə məcbur olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Hadisə ilə bağlı istintaq aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR