Süni intellekt bazarı böyüyür

Süni intellekt bazarı böyüyür
08:32 6 May 2017
Ölkə mətbuatı
A- A+

"IDC" analitiklərinin proqnozuna görə, cari ildə dünyada koqnitiv sistemlər və süni intellekt sistemlərinin satış həcmi 59,3% yüksələrək 12,5 milyard dollar təşkil edəcək. Yaxın illərdə bu texnologiyalara yatırılan korporativ investisiyaların həcmi yüksək olacaq və bunun sayəsində artım tempi yüksək səviyyədə (ildə orta hesabla 54,4%) qalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bazarın ən böyük seqmenti (2017-ci ildə 4,5 milyard dollar) koqnitiv proqramlar seqmenti olacaq. Süni intellektdən istifadə edən proqram platformalarının payına 2,5 milyard dollar düşür. İT və biznes sahəsində xidmətlər 3,9 milyard dollar, ixtisaslaşdırılmış server və məlumatların saxlanılması sistemlərinin satışı isə 1,9 milyard dollar gəlir qazandırır.

Analitiklər indi daha böyük investisiyalar cəlb edən süni intellekt və koqnitiv sistemlərin 5 tətbiq sahəsini ayırıblar. Bunlar aşağıdakılardır:

1.      Keyfiyyəti idarəetmə sahəsində tədqiqat və tövsiyələr sistemi;
2.      Müalicə-diaqnostika sistemləri;
3.      Müştərilərə avtomatlaşdırılmış dəstək xidməti;
4.      Təhlükələrin qarşısının alınması üzrə avtomatlaşdırılmış sistemlər;
5.      Fırıldaqçılıq hallarının araşdırılması və təhlili sistemləri.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR