"NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır" - Stoltenberq

"NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır" - Stoltenberq
08:32 6 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Suriyadakı vətəndaş müharibəsində iştirak imkanını nəzərdən keçirmir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə o, "Spiegel" jurnalına müsahibəsində bildirib.
"NATO hərbçilərinin Suriyadakı vətəndaş müharibəsində heç bir iştirakı gözlənilmir, bununla bağlı heç bir müzakirə aparılmır", - deyə alyansın rəhbəri bildirib.
Lakin Y.Stoltenberq qeyd edib ki, alyans terrorçuluqla mübarizədə fəal iştirak etməyə hazırdır. Belə ki, onun sözlərinə görə, NATO hərbçiləri İraqda və Əfqanıstanda yaraqlılarla mübarizə üçün yerli qüvvələrə təlim keçə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR