"BMW-X6"nın motoru "vurdu" - Sürücü 10 min ziyana düşdü - VİDEO - FOTO

"BMW-X6"nın motoru "vurdu" - Sürücü 10 min ziyana düşdü - VİDEO - FOTO
09:47 6 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda cəmi 10 ilin bahalı avtomobilinin mühərriki sıradan çıxıb.

"BMW-X6"nın sürücüsü həmin avtomobili Babək prospektində yerləşən "Gomas" avtomobil ehtiyyatları mağazasının "Monza" avtoservisinə gətirdikdə məlum olub ki, maşının "motoru vurub". Burada Cavid usta həmin avtomobilin təmirini öz üzərinə götürüb.

Milli.Az xəbər verir ki, avtomobilin müayinəsindən sonra avtosfer.az-a danışan Cavid Əliyev bildirdi ki, sürücü bundan əvvəl maşının ağ tüstü buraxması, yağ yeməsi və zəif çəkməsi barədə bir neçə ustaya müraciət edib. Ustalar isə sürücüyə səhv tövsiyyə veriblər: "Avtomobildə düzgün yağdan istifadə edilməyib. Bu maşına əvvəldən axıra kimi 5-30 markalı yağ tökmək lazım idi. Amma buna başqa-başqa yağlar tökülüb. Yağın qapağı ərp bağlayıb. Vəziyyət çox acınacaqlıdır. Ola bilsin ki, bu mühərrik təmir olunmasın. Yeni mühərrik alınsa 10 min manata başa gələcək. Mühərrikin təmiri də təxminən 7-10 manat xərc tələb edir. Hansı ki, avtomobilə vaxtında düzgün qulluq olunsaydı, bu qədər ziyan olmazdı".

Usta bildirib ki, bəzi sürücülər yağdan düzgün istifadə etmir, bəziləri isə yağı gec-gec dəyişir. Hətta, yağı dəyişəndə filtiri dəyişməyən sürücülər də var: "Bəzən elə maşınlar gətirirlər ki, yağı dəyişəndə filtirin yarısı qopub içəridə qalır, çəngəl-qaşıqla güclə təmizləyirik. Avtomobilin canı onu mühərrikindədir. Mühərrik isə yağla işləyir. Təbii ki, düzgün yağdan istifadə edilmədikdə mühərrik tez sıradan çıxır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR