Venesuelda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 40-a çatıb

Venesuelda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 40-a çatıb
09:57 6 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Venesuelanın Valensiya şəhərində etiraz aksiyasının iştirakçıları ilə polis arasındakı qarşıdurma zamanı asayiş keşikçisinin açıdığı atəş nəticəsində Ekder Luqo adlı müxalifətçi ölüb, 4 nümayişçi yaralanıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda şəhər meri Enzo Skrano “Twitter” səhifəsində yazıb.
İnformasiyaya əsasən, son bir ayda Venesuelada keçirilən etiraz aksiyaları nəticəsində 40-a yaxın müxalifətçi və polis əməkdaşı ölüb.
Məlumata görə, apreldən başlayan etraz aksiyaları nəticəsində 717 nəfər yaralanıb, müxalifətin 152 nümayəndəsi hələ də həbsdədir.
Xatırladaq ki, ölkə prezidenti Nikolas Maduro indiki Milli Assambleyanı buraxıb, onun yerinə yeni parlament seçkiləri keçirərək, quruma mövcud konstitusiyaya dəyişiklik etmək hüququ verəcək. Bununla həm də müxalifət liderlərinin hakimiyyətdə seçki yolu ilə təmsil olunmasının qarşısını alacaq.
Müxalifət Maduronun bu addımını dövlət çevirlişi adlandırır.
İndiki parlamentin üzvlərinin çoxu müxalifət təmsilçiləridir.
ABŞ hesab edir ki, bu Maduronun hakimiyyətdə qalması üçün cəhddir. Braziliya isə Venesuela prezidentinin hərəkətinin “çevirliş” adlandırıb. 






Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelda-etiraz-aksiyalari-neticesinde-olenlerin-sayi-40-a-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR