Bakıda sürücü özünü və balaca qızını təhlükəyə atır - VİDEO

Bakıda sürücü özünü və balaca qızını təhlükəyə atır - VİDEO
09:57 6 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 16-da Bakının İnşaatçılar prospektində hərəkətdə olan 90-KF-446 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud və təhlükəli şəkildə pozan zaman avtosfer.az-ın kamerasına düşüb.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, avtomobildəki sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı qucağında körpə qız uşağını otuzduraraq ona avtomobil idarə etməyi öyrədir. Sürücünün bu hərəkəti qanun pozuntusundan başqa, həm özünün, həm də qucağındakı uşağın həyatı üçün çox təhlükəlidir. Bu vəziyyətdə ən yüngül yol nəqliyyat hadisəsi baş versə həmin günahsız körpə, sürücü ilə sükan arasında sıxışıb qala bilər.

Çox təəssüf ki, bəzi valideyinlər bunu dərk etmir və ya dərk etmək istəmirlər. Amma unudurlar ki. sonrakı peşmançılıq nə bir fayda verəcək, nə də ki, uşağı dünyaya qaytaracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda sürücü özünü və balaca qızını təhlükəyə atır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR