"Xərçəng"in dərmanı həyətlərdə bitirmiş

Dərman zəncirotu xərçəng hüceyrələrini yox edir.

Metbuat.az xəbər verir ki, alimlər bitkinin kökünün kimyaterapiyadan daha yaxşı olduğunu kəşf edib. Çünki kimyaterapiyanın əksinə, dərman zəncirotu yalnız xərçəngli hüceyrələri öldürür.

Bitki Kanadada yerləşən Windsor Universitetinin Kimya və Biokimya bölməsinin apardığı araşdırmanın nəticəsində xərçəng xəstələri üçün ümid işığı olub. Dərman zəncirotunun kökünün bədəndəki sağlam hüceyrələrə zərər vermədən xərçəngli hüceyrələri 48 saat içərisində öldürdüyü və yeni sağlam hüceyrələrin xəstəlik qapmasını əngəllədiyi məlum olub.

Bitkinin faydaları bununla bitmir. Qaraciyəri təmizləyir, xolestrolu aşağı salır. Tərkibi "B6" vitamini, "Tiamin", "Riboflavin", "C" vitamini, "Dəmir," "Kalsium", "Kalium", "Folik asit" və "Maqnezium" kimi çox önəmli vitamin və minerallarla zəngindir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR