Gürcüstanın baş naziri ABŞ-a gedir

Gürcüstanın baş naziri ABŞ-a gedir
10:55 6 May 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili 8-10 mayda ABŞ-a rəsmi səfər edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, baş nazirin səfəri ABŞ-ın vitse-prezidenti Maykl Pensin dəvəti ilə baş tutacaq.

Gürcüstan hökumətinin rəsmi açıqlamasına əsasən səfər çərçivəsində G.Kvirikaşvili Ağ Evdə vitse-prezident M.Pens və dövlət katibi Reks Tillersonla görüşəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR