Əli Həsənov: “Bəzi dövlətlər Ermənistanı dəstəklədiyi üçün qətnamələr icra olunmur”

Əli Həsənov: “Bəzi dövlətlər Ermənistanı dəstəklədiyi üçün qətnamələr icra olunmur”
11:28 6 May 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

“Üçüncü dünya müharibəsinin olmamasına görə BMT-yə təşəkkür etmək lazımdır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qütbləşmə dövründə inkuliziv dialoq” adlı panel iclasında çıxışı zamanı bildirib.

Ə.Həsənov deyib ki, hər bir dialoq sonda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanmalıdır:

“Bu Nizamnamənin qarantı da BMT Təhlükəsilik Şurasıdır. Ona görə də Təhlükəsizlik Şurasının ünvanına iradlarla razılaşmamaq mümkün deyil. Baxın, Suriyada niyə münaqişəyə son qoyulmur? Ortaq həll yolu tapmaq üçün istinad beynəlxalq hüquqdur”.

Prezidentin köməkçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib:

“BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır”.

Vasif Həsənli,

Fotolar: Elçin Murad


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR