Gömrükçülər külli miqdarda siqaret aşkarlayıb

Gömrükçülər külli miqdarda siqaret aşkarlayıb
11:39 6 May 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana "Opel Astra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib.

 

 

DGK-dan Lent.az-a verilən məlumata görə, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən predmetin olmadığını bildirib.

 

Lakin avtomobilə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının, ön və arxa ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 9200 ədəd "Marlboro", 1000 ədəd "Golden Amerika", 600 ədəd "Muratti", 600 ədəd "Lucky Strike",400 ədəd "Camel", 400 ədəd "Sobranie", 400 ədəd "Winston" və 400 ədəd "R1" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR