QMİ-nin sədri: “Müsəlman ölkələrində baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”

QMİ-nin sədri: “Müsəlman ölkələrində baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”
11:42 6 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ “Hələ sovet dövründə Əfqanıstanda, Fələstində və digər başqa yerlərdə baş verən hadisələrə baxanda görünürdü ki, bunlar özbaşına baş vermir. Sonrakı dövrdə də Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə baş verən iğtişaşlara baxanda görürsən ki, bu, Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”.
“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə deyib.
O bildirib ki, Avropa dövlətləri hadisələrin bu cür davam edəcəyini gözləmirdilər: “Avropaya miqrant axını nəticəsində o dövlətlərin özləri də əziyyət çəkir. İndi miqrantların qarşısına hasarlar çəkirlər, dünyada islamofobiya meyilləri artır. Nə qədər islamofboiya artırsa, islam dövlətlərinin Avropya olan münasibəti də dəyişir”.

Xəbərin orijinal ünvanı: https://report.az/din/qmi-nin-sedri-muselman-olkelerinde-bas-veren-igtisaslar-qerb-dovletlerinin-siyasetinin-behresidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR