Rəqs edən milyonçu azərbaycanlıların qəlbini fəth etdi - FOTO/VİDEO

Rəqs edən milyonçu azərbaycanlıların qəlbini fəth etdi - FOTO/VİDEO
11:43 6 May 2017
112 Şou
Ölkə mətbuatı
A- A+

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan italiyalı Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı qismində paytaxtımıza gəlib.

Publika.az xəbər verir ki, ticarət mərkəzlərinin birində iştirak edən instaqram fenomeni izdihamla qarşılaşıb.

Canluka Vakki bu gün Bakıda, "Elektra Hall"da çıxış edəcək.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aytən

Rəqs edən 49 yaşlı milyarder haqqında 10 maraqlı fakt - VİDEO


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR