"BMT iradə göstərsə, işğal altındakı torpaqlar azad olar" - Prezident köməkçisi

"BMT iradə göstərsə, işğal altındakı torpaqlar azad olar" - Prezident köməkçisi
11:52 6 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə çıxarıb. Amma Ermənistanın öz yanaşması var və onu BMT Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda panel sessiyada sualları cavablandırarkən deyib.

O qeyd edib ki, himayədarları Ermənistana qarşı vaxtında sanksiyaların tətbiq olunmasına imkan vermirlər: "BMT verdiyi sanksiyanın bir gündə həyata keçirilməsi üçün ortaya iradə qoysa, işğal altındakı torpaqlar azad olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR