Bakıda Beynəlxalq Gimnastika Federasiyasının İllik Müşavirəsi başlayıb

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının İllik Müşavirəsi başlayıb
12:05 6 May 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İllik Müşavirəsi öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin açılışında iştirak edən FIG prezidenti Morinari Vatanabe tədbirin keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə minnətdarlığını bildirib.

O deyib: "Azərbaycan Gimnastika Federasiyası dünya çempionatları, dünya kubokları, digər turnirlər təşkil edib və bu sahədə öz qonaqpərvərliyi ilə böyük uğura imza atıb".

M.Vatanabe əminliklə ifadə edib ki, FIG Müşavirəsi yaxşı nəticələr verəcək.

O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, o, gimnastika ictimaiyyətinin ən vacib üzvlərindən biridir.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın gimnastika sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.

O deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidentidir: "İdman ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında idmanın inkişafı ölkənin prioritetinə çevrilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR