Rusiyadan ABŞ-a xəbərdarlıq - "Bu, müharibə elan etməkdir"

Rusiyadan ABŞ-a xəbərdarlıq - "Bu, müharibə elan etməkdir"
12:05 6 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiya Şurası ABŞ-a xəbərdarlıq edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Şura ABŞ-ın Uzaq Şərqdə Rusiyaya aid limanlara nəzarət etməsini açıq-aydın müharibə elanı olacağını açıqlayıb. Bu barədə Şuranın xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev məlumat verib.

Kosaçev bildirib ki, ABŞ Konqresinin Rusiyanın Uzaq Şərq bölgəsindəki Primorye vilayətindəki limanlarını nəzarət etmək barədə qərarının tətbiqi bir güc ssenarisidir. Bu isə müharibə elanı mənasına gəlir. 

Komitə sədri deyib: "ABŞ-ın bu qərarı heç vaxt tətbiq etməməsinə ümid edirəm. Çünki bu qanun ABŞ gəmiləri tərəfindən nəzarəti ehtiva edən bir güc ssenarisi deməkdir. Belə bir ssenari isə savaş elanı mənasına gəldiyindən məntiqə uyğun deyil".

Kosaçev bu qərarın beynəlxalq hüquqa uyğun olmadığını bildirib: "Heç bir ölkə və heç bir beynəxalq təşkilat, xüsusən də BMT ABŞ-a Təhlükəsizlik Şurasında qəbul edilən qərarların tətbiq edilməsinə nəzarət etmək səlahiyyəti verməyib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR