Azərbaycan XİN: ATƏT-in Ermənistanda ofisinin bağlanmasına səbəb Azərbaycanın narazılıqlarıdır

Azərbaycan XİN: ATƏT-in Ermənistanda ofisinin bağlanmasına səbəb Azərbaycanın narazılıqlarıdır
12:22 6 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

ATƏT-in Ermənistanda ofisinin bağlanmasına səbəb Ermənistan rəhbərliyinin ona edilən təkliflərə razılıq verməməsidir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

A.Əzimov bildirib ki, həmin təkliflər Azərbaycanın legitim narazılıqlarına əsaslanırdı: “Biz ATƏT tərəfindən müəyyən bir zəmanətlər tələb etmişdik ki, ATƏT-in Yerevandakı ofisi öz fəaliyyətini yalnız Ermənistanın sərhədləri daxilində həyata keçirsin və Azərbaycanın işğal altında olan ərazilərinə sirayət etməsin. Bir də ATƏT-in Yerevan ofisinin fəaliyyətində heç bir istiqamətdə və heç bir sahədə Ermənistanın Azərbaycanla münaqişəli məsələlərinə, onun həlli istiqamətində aparılan fəaliyyətə və ya onun siyasi, iqtisadi humanitar, hərbi aspektlərinə toxunulmasın”.

Nazir müavini bildirib ki, nəticə olaraq ATƏT rəhbərliyi müəyyən təkliflər vermişdi ki, Ermənistan da buna razı olmayıb: “ATƏT rəhbərliyi və təşkilata üzv olan digər ölkələr bizim narahatlıqlarımızı qəbul edərək qərara gəldilər ki, belə bir halda ATƏT-in Yerevandakı ofisi öz fəaliyyətini davam etdirə bilməz”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2750873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR