Tofiq Bəhramov adına Respublika stadionu yeni mövsüm üçün avrokuboklarda "Qarabağ"ın ixtiyarında olacaq.
ANS PRESS-in məlumatına görə, "Qarabağ" 2015/16 mövsümündə avrokuboklarda ev oyunlarını mərkəzi arenada keçirəcək.
"Qarabağ" əsas arena qismində UEFA-ya Tofiq Bəhramov adına Respublika stadionunu təqdim edib. Ehtiyat stadion kimi isə "Dalğa Arena" göstərilib.