Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir
12:22 6 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində iməclik keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İməclik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvvelerde-umumordu-imeciliyi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR