ABŞ-da “qiyam”: aparıcı telekanallar Trampa qarşı çıxdı - VİDEO

ABŞ-da “qiyam”: aparıcı telekanallar Trampa qarşı çıxdı - VİDEO
12:23 6 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın aparıcı telekanalları prezident Donald Trampa qarşı çıxıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, CBS, ABC və NBC kanalları CNN-in mövqeyini dəstəkləyərək Trampın prezidentliyinin ilk 100 gün haqqında çəkilən reklam çarxını translyasiya etməkdən imtina ediblər.

“First 100 Days” adlı 30 saniyəlik reklam çarxında Donald Tramp administrasiyasının müvəffəqiyyətləri haqqında danışılırdı. Videoçarxda həmçinin həmçinin KİV-in ünvanına tənqidlər yer alıb. Bu, telekanallar tərəfindən çox qarşılanmayıb.

Qeyd edək ki, hələ prezident seçkilərindən əvvəl KİV-lə başlayan müharibə Trampın prezident seçilməsindən sonra da davam edib. Seçkilərdə KİV-in böyük əksəriyyəti onun opponenti Hillari Klintonu dəstəkləyirdilər.

Tramp dəfələrlə “New York Times” nəşri və CNN telekanalını tənqid etdi. ABŞ prezidenti bir qədər sonra daha uzaqa gedərək bəzi KİV-ləri “xalqın düşmənləri” adlandırdı.

Əksinə, o, böyük kanallardan yalnız “Fox News”dan məmnunluğunu dilə gətirirdi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR