XİN: Qarabağın statusu yalnız bu yolla müəyyən edilə bilər

XİN: Qarabağın statusu yalnız bu yolla müəyyən edilə bilər
12:23 6 May 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Nazir müavini deyib ki, Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul edilmir:

“Bunun üçün əsas yoxdur. Statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər. Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR