AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub

AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub
12:32 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gecə həyata keçirdiyi Tbilisi-Bakı aviareysi gecikmə ilə yerinə yetirilib. 
"Report"un məlumatına görə, gecikmə təxminən 50 dəqiqə olub. 
Belə ki, AZAL-a məxsus sərnişin təyyarəsi Gürcüstan paytaxtından saat 01:20-də havaya qalxmalı olsa da, bu, 02:10-da mümkün olub. Son nəticədə sərnişinlər Azərbaycan paytaxtına saat 02:30-da deyil, 03:20-də çatıblar. 
Gecikməyə səbəb kimi dumanlı hava şəraiti göstərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-in-tibilisi-baki-aviareysinde-gecikme-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR