Araz Əzimov: "Dağlıq Qarabağla bağlı referendum keçirilsə, bütün Azərbaycan xalqı onda iştirak edəcək"

Araz Əzimov: "Dağlıq Qarabağla bağlı referendum keçirilsə, bütün Azərbaycan xalqı onda iştirak edəcək"
12:37 6 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı referendum keçirilməsinin mümkünlüyü məsələsini şərh edib.
"Report" xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında hazırda referendum keçirilməsi məsələsinin müzakirə olunmadığını bildirib.
"Azərbaycan Respublikasının Konstitusiyası bunu tələb edərsə, bütün Azərbaycan ərazisində referendum keçirilə bilər. Münaqişənin həlli zamanı nə vaxtsa məsələ referendum keçirilməsinə çatsa, bütün Azərbaycan xalqı onda iştirak edəcək. Regionun statusunun müəyyənləşdirilməsi qanuni proses çərçivəsində həyata keçirilməlidir. Bu isə həmin torpaqlardan qovulmuş əhalinin iştirakı ilə mümkündür", - deyə o vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/araz-ezimov-dagliq-qarabagla-bagli-referendum-kecirilse-butun-azerbaycan-xalqi-onda-istirak-edece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR