Terrorun qana boyadığı şəhərdə 250 kiloluq bomba tapıldı - FOTO

Terrorun qana boyadığı şəhərdə 250 kiloluq bomba tapıldı - FOTO
12:42 6 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Nans şəhərində keçən ilin iyul ayında yük maşını ilə terrorun törədildiyi ərazinin 50 metrliyində II Dünya Müharibəsindən qalma 250 kilo ağırlığında bomba tapılıb.

"Nice Matin" qəzetinin xəbərinə görə, bomba keçən il 86 insanın həyatını itirdiyi terrorun meydana gəldiyi Promenade des Anglais Bulvarına yaxın ərazidə, 12 metr dərinlikdə aşkar edilib.

Milli.Az bildirir ki, xəbərdə 1.10 santimetr uzunluğu və 250 kiloqram ağırlığında olan partlayıcı qurğunun təyyarədən atılan ANM-64 tipli bir bomba olduğunu qeyd edilib.
 
Edilən ilk araşdırmalar zamanı o da məlum olub ki, ehtiyatsız davranılacağı təqdirdə bomba partlaya bilərmiş.
 
Ekspert qrupların 150 kiloqramlıq partlayıcı ehtiva edən bombanı məhv edəcəyi, bunun necə ediləcəyinə isə təhlükəsizlik işçilərinin konfransında qərar veriləcəyi qeyd edildi.
 
Nans Təhlükəsizlik İdarəsi bulvarı bağlayaraq ərazidə sıx təhlükəsizlik tədbirləri həyata keçirir.
 
Bombanın ABŞ döyüş təyyarələrinin 1944-cü ildə Fransanın cənubuna təşkil etdiyi bombardman zamanı atmış olduğu ehtimal edilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR