"Heydər Əliyevin ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi"

"Heydər Əliyevin ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi"
12:52 6 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan iqtisadiyyatda, siyasətdə uğurlu islahatlar həyata keçirən dövlətə döndü".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi, baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası" mövzusunda konfransda çıxış edərkən deyib.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan daha da inkişaf edən bir ölkəyə çevrildi: "Bizi əhatə edən siyasi və ictimai mühit dəyişilməkdədir. 1993-cü ilədək olan Azərbaycan və 1993-cü ildən sonrakı Azərbaycanı müqayisə etsək, görərik ki, 1993-cü ilədək xaos, anarxiya, ümidsizlik, tənəzzüldə yaşayan ölkə 1993-cü ildən sonra islahatlar həyata keçirilən və dinamik inkişaf edən dövlət oldu. Ölkəmizdə bəşəri ideyanın gerçəkləşməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə nəsib oldu. Heydər Əliyevin ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi".

Ə.Əhmədov deyib ki, Heydər Əliyevin islahatçılıq ideyası bu gün də onun layilqli davamcısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR