Prezident köməkçisi: Bütün iqtisadi islahatların kökündə sosial problemlərin aradan qaldırılması durur

Prezident köməkçisi: Bütün iqtisadi islahatların kökündə sosial problemlərin aradan qaldırılması durur
12:55 6 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün ölkədə aparılan bütün iqtisadi islahatların kökünüdə sosial problemlərin aradan qaldırılması durur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidnetinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Ölkədə sahibkarlığın inkişafı üçün çox mühüm tədbirlərin həyata keçirildiyini deyən N.Əmirov qeyd edib ki, Azərbaycanda lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması ilə bağlı çox mühüm qərar qəbul edilib.

N.Əmirov bildirib ki, müasir turizm sənayesinin formalaşdırılması, ölkəyə turist axının gücləndirilməsi üçün yeni turizm marşrtularının yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir çox sənədlər imzalanıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində kifayət qədər ciddi işlər görülüb və görülməkdə davam edir.

N.Əmirov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların fərqli bir modeli- Azərbaycan modeli daha da inkişaf edəcək.

Onun sözlərinə görə, 1995-2003-cü illər ərzində ÜDM 90, 1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR