Almaniya milli komandasının baş məşqçisi Çin yığmasından təklif alıb

Almaniya milli komandasının baş məşqçisi Çin yığmasından təklif alıb
13:22 6 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Çin yığmasında eyni vəzifəyə təklif alıb.
"Report"un AS nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssisə 50 milyon avro məbləğində 2 illik müqavilə təklif olunub. Lövün Almaniya Futbol İttifaqı ilə hazırkı anlaşması 31 iyul 2020-ci ilədəkdir. Onun rəhbərliyi altında Bundestim 2014-cü il dünya çempionatının qalibi olub.
Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş ilk görüşdə qonaqlar qalib gəlib - 4:1. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniya-milli-komandasinin-bas-mesqcisi-cin-yigmasindan-teklif-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR