MBNP: “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarında ödəniş kartı infrastrukturunun davamlı fəaliyyəti təmin olunacaq

MBNP: “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarında ödəniş kartı infrastrukturunun davamlı fəaliyyəti təmin olunacaq
13:37 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Bakıda keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq yarışların keçiriləcəyi günlərdə paytaxt daxil olmaqla, respublikanın bütün regionlarında quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin olunacaq.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasınınm (MBNP) yaydığı açıqlamada bildirilir.
Məlumatda deyilir ki, bununla əlaqədar olaraq, yarışların dövründə ödəniş kartı infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması məqsədilə profilaktik tədbirlərin keçirilməməsi və sistem yeniliklərinin aparılmaması banklara tövsiyə olunub. Eyni zamanda Palatanın tövsiyəsi ilə idman komplekslərində və ətraf ərazilərdə, habelə şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daim işlək vəziyyətdə olması və bankomat şəbəkəsinin nağd pul vəsaitləri ilə təchiz edilməsi banklar tərəfindən mütəmadi qaydada monitorinq olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-iv-i-slam-hemreyliyi-oyunlari-ve-formula-1-yarislari-dovrunde-odenis-karti-infrastrukturun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR