"Ürəyimdə başqa birisi var" - Vüqar - VİDEO - FOTO

"Ürəyimdə başqa birisi var" - Vüqar - VİDEO - FOTO
13:37 6 May 2017
116 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Vüqar Muradov olub.

Milli.Az xəbər verir ki, müğənni ilk olaraq şou-biznes əhlinin depressiya yaşamasını bildirib:

"Depressiyanı bu dəqiqə bütün şou-biznes yaşayır. Çünki işlər çox zəifdir, qıtlıqdır. Demək olar ki, toylar çox azalıb. Biz də sənət adamları olduğumuz üçün və təəssüf ki, gəlir yerimiz ancaq toydan olduğu üçün toyların azalması bizə təsir edib, hamı depressiyadadır, tək mən deyiləm".

Daha sonra o, bir müddət əvvəl qayıdan nişanı haqda da danışıb:

"Belə biz söz var, "olmayacaq işin eyvallahı yoxdur". Yəni bu olmayacaqsa, zorla uzatmağın mənası yoxdur. Günah heç vaxt birtərəfli olmur. Günah həmişə qarşılıqlı olur. Günah kimdənsə qaynaqlanır, kimsə o günahı işləyir. Söhbət o qaynaqdan gedir. Bu günahın qaynağını o sənə verir. Mən də çox sakit insan olmadığım üçün az aşın duzu deyiləm. Bəzən aqressiyalarıma, əsəblərimə güc gəlmədiyim üçün o sinir məndə çox ciddi fəsadlar yaradır. Ancaq mən heç də peşman deyiləm, çox rahatam, xoşbəxtəm. Başqa birisi beynimdə var, ürəyimdə də var. Ancaq xeyirlisi nədirsə, o da olacaq. Əvvəlcədən heç nə demirəm. Şəxsi həyatımı önə çıxarmağı istəmirəm".

İfaçı ailə anlayışının ağırlığından qorxduğunu da ifadə edib:

"Dır-dırdan" çox qorxuram. Ailənin məsuliyyətindən çox qorxuram. Çünki ailə qurdunsa, gərək o ailəyə bir xələl gətirməyəsən, ailənin başında sırf kişi kimi durasan və qadınına qarşı haqsızlıq etməyəsən. İndiki boşanmaların da əsas səbəbi həmin məsuliyyəti hiss etməməkdir. Belə bir qanun var ki, tez evlən, tez uşağın olsun. Fərqi yoxdur, gec evlən, ancaq mükəmməl olsun. Mənim bu gün 34 yaşım var. Belə çıxır ki, mənim vaxtımdan keçib? Elə bir vaxt yoxdur. İnsan 50 yaşında da evlənə bilər. Onun yaşı yoxdur".

Söhbətin davamında yeni mahnısı üçün fotosessiya etdirən Vüqar bu haqda da fikrlərini bölüşüb:

"Biz bu gün fotoqraf Ramin Aslanovla fotosessiya etmək üçün gəlmişdik. Düzdür, Ramin məni bu küləkdə məcbur elədi ki, fotosessiya olmalıdır. Yaz fəslinin gəlişi münasibətilə fotosessiya etmişik. Yeni mahnı var. Dostum İlkin Valehoğlu ilə bərabər yazmışıq. Aranjimanı da ona məxsusdur. Sözləri Elvin Mehmanlınındır. Söylədik ki, "Bir dənəm" adlı bir mahnı yaz. Düşünürəm ki, bu mövsüm hamı "Bir dənəm"i dinləyəcək və rəqs edəcək. Mahnı və sözlər hamısı biri-biri ilə həmahəngdir. Mahnı tutacaq".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/542259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR