Dünya Turizm Təşkilatının baş katibi: “Bakıda Şopinq Festival keçirildiyinə görə, həyat yoldaşımı da özümlə gətirdim”

Dünya Turizm Təşkilatının baş katibi: “Bakıda Şopinq Festival keçirildiyinə görə, həyat yoldaşımı da özümlə gətirdim”
13:42 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ “Bakı Şopinq Festivalı cəlbedici brendə çevrilə bilər”.
“Report”un xəbərinə görə, 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bakushopfest.com saytına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, “turizm və şoping bir-birilə sıx əlaqəli olan sahələr olduğundan, festival turistlərin də diqqətini cəlb edir”.
Taleb Rifai bildirib ki, foruma gəlməzdən əvvəl Bakıda Şopinq Festivalın keçirilməsi haqda eşitdiyi üçün, həyat yoldaşını da özü ilə gətirib: “Mən işlə məşğul oluram, həyat yoldaşım isə şopinqlə. Fürsət tapan kimi özüm də Bakını gəzmək, festivalın güzəştli təkliflərindən də istifadə etməyə çalışacağam”.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dunya-turizm-teskilatinin-bas-katibi-bakida-sopinq-festival-kecirildiyine-gore-heyat-yoldasimi-da

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR