İSESKO-nun baş direktoru: "Əbülfəs Qarayev öz işinin peşəkarıdır"

İSESKO-nun baş direktoru: "Əbülfəs Qarayev öz işinin peşəkarıdır"
14:05 6 May 2017
Ölkə mətbuatı
A- A+

İSESKO-nun baş Direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayin 10-nadək davam edəcək Bakı Şopinq Festivalını "çox ciddi layihə" adlandırırb.

Milli.Az bildirir ki, www.bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: "Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır".

İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: "Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/542286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR