İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”

İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”
14:22 6 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayin 10-dək davam edəcək Bakı Şopinq Festivalını “çox ciddi layihə” adlandırırb.
“Report”un xəbərinə görə, www.bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: “Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.
İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/i-sesko-nun-bas-direktoru-azerbaycan-medeniyyet-ve-turizm-nazirliyi-en-yaxsi-nazirlikdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR