1 həftə boyunca sarımsağı bala qatıb yeyin

1 həftə boyunca ac qarına sarımsaq və bal yediyinizdə bədəninizdə nə baş verəcək?

Metbuat.az xəbər verir ki, sarımsaq ləzzətli olduğu qədər bir çox xəstəliklərin dərmanıdır. Sarımsaq ümumilikdə bir çox yeməyin tərkibində olsa da, çiy formada istifadə adətən, dərman təsiri yaradır.

Sarımsaq ürək sağlamlığına, qan təzyiqinin və xolestrol səviyyəsinin düşməsinə, infarktın qarşısını almağa yardımçı olur. Bu möcüzəvi bitki infeksiyaların qarşısını alır, ishal, soyuqdəymə və göbələk infeksiyaları kimi gündəlik sağlamlıq problemlərini kökündən sağaldır. Eyni zamanda immunitet sistemini gücləndirərək, bədəndən toksinlərin xaric olmasını təmin edir.

Zəncəfil və soğan ilə birlikdə istifadə edildiyində kimyaterapiya sonrası toksinlərdən təmizlənməyə kömək edir.

Çiy sarımsağı bal ilə qarışdırıb yesəniz, həftə ərzində enerjiniz artacaq və daha gümrah, sağlam olacaqsınız. Sadəcə 2-3 diş sarımsağı kiçik doğrayın. Bir qaşıq balı ilə qarışdırıb, hər gün ac mədəyə yeyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR